EUR 1.9828 USD 1.7 RUB 0.0267

Yeniliklər

“Google Pay” istifadəçiləri öz aralarında pul köçürə biləcəklər

  • 765 dəfə
  • Tarix 11 İyul 2018 / 18:39

“Google Pay” şirkəti “Google Pay” ödəniş xidmətinin iri yenilənməsini həyata keçirib və onun imkanlarını ciddi şəkildə genişləndirib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Google Pay” və “Google Pay Send” tətbiqlərinin funksionallığı birləşdirilib.

 

Artıq xidmətin istifadəçiləri arasında pul vəsaiti göndərmək və istəmək imkanı yaradılıb. Düzdür, hələlik bu funksiya ancaq ABŞ sakinləri üçün nəzərdə tutulub. Həmçinin hesabı bir neçə insan arasında bölmək mümkündür. Burada 5 iştirakçı dəstəklənir. 
 
Digər mümkün yeniliklər arasında minik talonlarının, konsert biletlərinin, loyallıq kartlarının, hədiyyə kartlarının və sairin yaddaşda saxlanması olacaq. 
 
Ödənişlər barədə məlumatları tətbiqlə olduğu kimi, veb-interfeys vasitəsilə də idarə etmək mümkün olacaq. 
 
Xatırladaq ki, “Google Pay” bu ilin əvvəlində işə salınıb. O, “Android Pay” və “Google Wallet” ödəniş sistemlərini vahid brend altında birləşdirir. 

SİZİN REKLAM BURADA