EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

“Sky” uğrunda “div”lərin rəqabəti - MİLYARDLAR HAVADA UÇUŞUR

  • 522 dəfə
  • Tarix 12 İyul 2018 / 10:28

ABŞ-ın telekommunikasiya korporasiyası “Comcast” Britaniyanın məşhur “Sky” teleşirkətini satın almaq üçün “21st Century Fox” media holdinqindən daha çox vəsait ödəməyə hazırdır.

 

İKT.lent.az-ın xəbərinə görə, “Comcast” bu alış üçün 34 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. “Biz Sky”ı çoxdan bəyənirik və düşünürük ki, bu, möhtəşəm şirkətdir və bizə tam uyğundur. Bugünkü bəyanatımız “Comcast”ın buna əminliyini və “Sky”ı satın almağa istiqamətləndiyini göstərir”, - deyə “Comcast”in açıqlamasında bildirilir.

 

Qeyd edək ki, apreldə “Comcast” “Sky” üçün 31 milyard dollar təklif edib. “21st Century Fox” isə 24,5 milyard funt (32,48 milyard dollar) ödəməyə hazır olduğunu bildirib. Bu səbəblə “Sky” “Fox”un təklifini qəbul etməyə yaxın olub. Lakin Britaniya siyasətçiləri “Fox”un “Sky” teleşirkətini satın almasından sonra media maqnatı Ruper Merdokun Britaniya mediası üzərində təsirinin xeyli güclənəcəyindən narahatlıqlarını ifadə ediblər. “Fox” şirkəti R. Merdoka məxsusdur. R. Merdok isə ABŞ prezidenti Donald Trampa və respublikaçılara yaxındır.

SİZİN REKLAM BURADA