EUR 1.9828 USD 1.7 RUB 0.0267

Redaktorun seçimi

"Cambridge Analytica" qalmaqalında Rusiya izi - "FACEBOOK"dan ETİRAF

  • 709 dəfə
  • Tarix 12 İyul 2018 / 13:59

Rusiyanın “Mail.ru” şirkətinin “Facebook” istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə halları ilə bağlı qalmaqalda rolu ola bilər.

 

İKT.lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Britaniyanın “Cambridge Analytica” firması tərəfindən istifadəçi məlumatlarından sui-istifadə halı ilə əlaqədar “Facebook” şirkəti tərəfindən aparılan araşdırmada “Mail.ru” diqqət mərkəzinə gəlib.

 

“Mail.ru Group”un “Facebook” üçün yüzlərlə proqram əlavəsi işləyib hazırladığı məlum olub. “Facebook”un mətbuat xidməti bildirib ki, onlardan yalnız ikisinin 2 həftə ərzində məlumat toplamasına icazə verilib.

 

Məsələyə amerikalı siyasətçilər də reaksiya verib. “Son 6 ay ərzində biz öyrəndik ki, “Facebook”un üçüncü şəxslər tərəfindən istifadəçi məlumatlarının toplanması və istifadəsinə nəzarət imkanları az olub. İndi öyrənmişik ki, rəhbərləri Vladimir Putinlə sıx əlaqələrə malik Rusiyanın iri texnoloji şirkəti “Facebook”la inteqrasiya olunmuş və məlumat toplaya biləcək yüzlərlə proqrama malik imiş. Əgər belədirsə, biz müəyyən etməliyik ki, hansı informasiyalar “Mali.ru” vasitəsilə ötürülüb və onlardan necə istifadə edilib”, - deyə demokrat senator Mark Uorner söyləyib.  

 

“Facebook”un vitse-prezidenti Aymi Arçibond CNN-ə bildirib ki, hələlik “Mail.ru”nun istifadəçi məlumatlarından yanlış istifadə etdiyi barədə məlumata malik deyillər. O, Rusiya şirkətinin əldə etdiyi məlumatlardan necə yararlandığını və ABŞ vətəndaşlarının məlumatlarını əldə edib-etmədiyini açıqlamayaraq araşdırmanın davam etdiyini vurğulayıb.

 

Qeyd edək ki, “Mail.ru” məşhur oliqarx Alişer Usmanovun təsis etdiyi “USM Holding”ə daxildir.

SİZİN REKLAM BURADA