EUR 1.9828 USD 1.7 RUB 0.0267

Proqramlar

“Android”in yeni versiyasının adı məlum oldu

  • 909 dəfə
  • Tarix 12 İyul 2018 / 15:40

Çinin “Huawei” şirkəti özü də bilmədən “Andorid” əməliyyat sisteminin növbəti versiyasının adını açıqlayıb.

İKT.lent.az-ın Veveby.ru saytına istinadən məlumatına görə, çox güman ki, o, “Android 9.0 Pistachio” adlandırılacaq.

Yeni əməliyyat sisteminin adının sirri portuqaliyalı istifadəçi və “Huawei”in texniki dəstəkçisi arasında olan dialoqda açılıb. Belə ki, istifadəçi özünün “Huawei P9 Lite” telefonu üçün sistem yenilənməsi gözləyib-gözləməməli olduğunu soruşub. Söhbət zamanı şirkət əməkdaşı bilmədən və ya qəsdən ona əməliyyat sisteminin yeni versiyasının adını bildirib. O, “Android Pistachio”, yəni “fıstıq” adlanacaq. 

“Android 9.0”-nun adında “P” hərfinin olacağı sirr deyildi. ABŞ-ın “Google” brendi öz əməliyyat sistemlərini əlifba sırası ilə adlandırır. Çox vaxt da şirkət onları hər hansı ləziz yeməklərin şərəfinə adlandırır. Ancaq istifadəçilər təxmin edirdilər ki, doqquzuncu “Android” “Ananas”, "Pineapple" və yaxud "Pistachio Ice Cream", yəni “fıstıqlı dondurma” adlanacaq.

SİZİN REKLAM BURADA