Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“.ORG” zonasında qeydiyyatdan keçən domenlərin sayı 10,5 milyona çatıb

İKT.lent.az-ın "Webnames” istinadən xəbərinə görə, hesabatda bildirilir ki, “.ORG” zonasında qeydiyyatdan keçən domen adlarının sayı 1,3% artıb. Dünyada isə ümumilikdə 10,5 milyon “.ORG” domeni var.

 

Domenə ABŞ-dan kənarda da tələbatın olduğu qeyd olunur. Çin və Yaponiyada qeydiyyatdan keçən adların sayı ötən illə müqayisədə 2,9%, İspaniyada 1,6% artıb.

 

2014-cü ilin sonuna yaxın Asiya-Sakit okean regionu ərazisində 1,37 milyon domen qeydiyyata alınıb ki, bu da 2013-cü ilin göstəricisini 16% üstələyir.

 

Domen sahibləri adların 81,6%-nin qeydiyyat müddətini adətən iki il və ya daha çox müddətə uzadırlar.

 

“.ORG” domeni bütün fəaliyyət sahələrinin təşkili üçün nəzərdə tutulsa da, zonada saytların 35 faizi informasiya texnologiyaları və idarəçiliklə məşğul olan şirkətlərə məxsusdur.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018