Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanlı proqramçı mobil tanışlıq şəbəkəsi yaratdı

Azərbaycanlı proqramçı Rüfət İbrahimov tanışlıq tərzi sosial şəbəkə yaradıb. İKT.lent.az-ın xəbərinə görə, Azərbaycanda ilk dəfə mobil tətbiq formasında istifadəyə verilən sosial şəbəkə bir çox xüsusiyyətləri ilə rəqiblərindən heç də geri qalmır.

İstifadəçilərə ilkin mərhələdə Android platformasında təklif olunan bu sosial şəbəkə "Mimo" adlanır. "Mimo" sosial şəbəkəsi vasitəsilə istifadəçilər yeni tanışlıqlar əldə edə bilərlər. Belə ki, çoxsaylı maraqlı funksiyalar istifadəçilərə maksimum rahatlıq yaradır. Bunlardan ən önəmliləri bunlardır: istifadəçilər dost axtarışı edə, dostluq təklifi və mesaj göndərə, lazımsız şəxsləri əngəlləyə, müxtəlif məzmunlu paylaşımlar edə bilər.

Proqramın daxilində plus xüsusiyyəti də var ki, daha çox imkanlardan yararlana biləcəksiniz. Tətbiqetməni istifadə etmək üçün Android cihazınıza Play Marketdən tətbiqetməni  quraşdırmalısınız. Tətbiqetmənin keçidi: https://play.google.com/store/apps/details?id=svam.mimo.az

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017