Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows 10” istifadəçilərinin sayı 400 milyona çatdı

“Microsoft” korporasiyası hazırda 400 milyondan artıq insanın “Windows 10” əməliyyat sistemini yüklədiyini elan edib.

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, iyul ayında şirkət 350 milyon istifadəçinin olduğunu açıqlamışdı.

“OS Windows 10” 400 milyon istifadəçi sayına “Windows 7” əməliyyat sistemindən daha tez nail olub. “Windows 7” bu göstəriciyə çatmaq üçün 7 ay lazım olub. “Windows 8” əməliyyat sistemi isə yarandığı gündən 200 milyondan bir az çox istifadəçi toplaya bilib.


İyul ayında “Microsoft” elan edib ki, korporasiya 2018-ci ilin ortalarına qədər qarşısına qoyduğu 1 milyard istifadəçiyə çatmaq hədəfini yerinə yetirmək gücündə olmayacaq.

Bir çox istifadəçilər “Microsoft” korporasiyasının “Windows 10”un yenilənməsi üçün qəsbkar və manipulyativ kampaniyalarından şikayətlənirlər. Şirkət mütəmadi olaraq “Windows”dan ekrana çıxan bildirişlərdən istifadə edir və bununla da bəzən insanlar aldanaraq, əməliyyat sisteminin sonuncu versiyasını avtomatik olaraq yükləyir.

Kaliforniyalı bir qadın “Microsoft”u məhkəməyə verib və avtomatik yenilənmədən sonra “Windows 10”un onun kompüterində istifadəyə yararsız olduğunu sübut edərək korporasiyadan 10 000 dollar qazanıb.

Artıq “Windows 10”un pulsuz yenilənməsi yekunlaşıb və əməliyyat sistemi ilə maraqlanan istifadəçilər bu xidmət üçün 120 dollar ödəməli olacaqlar.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017