Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” Rusiyada proqram təminatının qiymətini artıracaq

“Microsoft” korporasiyasının rəhbərliyi 2017-ci ildə rusiyalı istifadəçilər üçün öz proqram təminatının qiymətini qaldırmağı planlaşdırır.


İKT.lent.az-ın məlumata görə, proqram təminatının müəssisələr və şəxsi istifadəçilər üçün qiyməti 9-10 faiz artacaq.


Ancaq “Enterprise Agreements” vasitəsilə proqram sifariş edənlər üçün lisenziya müqaviləsinin müddətinin bitəcəyi müddətə qədər qiymətlər dəyişməz qalacaq. “Xbox” oyun cihazının qiyməti isə yenə də əvvəlki kimi olacaq.


Bundan başqa, “Microsoft” bulud xidmətlərinin istifadəsinə görə qiymətləri qaldırmağı planlaşdırmır.


Həmçinin məlum olub ki, ən böyük bahalaşma “Windows 10 Home” və “Windows 10 Pro” əməliyyat sistemləri versiyalarına aid olacaq. Burada bahalaşmanın 10 faiz olacağı gözlənilir. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018