Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” messencerində yeni “Rooms” funksiyası olacaq 

“Facebook” korporasiyası yeni “Rooms” funksiyasının sınaqlarına başladığını elan dib. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu funksiya, proqramçıların dediyi kimi, “Facebook Messenger” istifadəçilərinə özlərinə maraqlarına uyğun ayrı-ayrı qruplar yaratmağa imkan verəcək. 

Qeyd edilir ki, “Facebook”un “Rooms” funksiyası hazırda Kanada və Avstraliyada sınaqdan keçirilir. Bu qrupları yalnız dostlar üçün deyil, messencerin digər istifadəçiləri üçün də yaratmaq mümkündür. 

“Facebook”un məhsullar üzrə meneceri Dryu Moksonun sözlərinə görə, bu yenilik onun üçün tərtib edilib ki, dostları onların bölüşmədiyi maraqlar qıcıqlandırılmasın. Baxmayaraq ki, “Facebook Messenger”də ayrı-ayrı çatların yaradılması çoxdan mümkündür, onlar olduqca məhdud funksionallığa malikdirlər. Daha geniş və faydalı yenilik isə tezliklə hər kəs üçün əlçatan olacaq. 

Qeyd edək ki, “Facebook” tez-tez öz tərtibatlarının sınaqlarını bir-iki ölkədə keçirir. Bundan sonra isə onlar istifadəçilərin rəylərini və fikirlərini dinləyərək, layihənin bağlanılması və ya kütləvi istifadəyə çıxarılması barədə qərar verirlər.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017