Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Pixel”i 1 dəqiqəyə “sındıran” hakerlər mükafat aldı -

Seulda keçirilən “PwnFest 2016” festivalında hakerlər “Google Pixel” smartfonunun 60 saniyə ərzində sındırılmasını nümayiş etdiriblər.

 

İKT.lent.az-ın “The Register” nəşrinə istinadən verdiyi məlumata görə, festivalın təşkilində əsas məqsəd proqram təminatlarının boşluqları və problemlərinin axtarışıdır. Aşkarlanan çatışmazlıqlar proqramçılara çatdırılır və onlar boşluqları aradan qaldırırlar.

 

Festivalda problemləri üzə çıxaran mütəxəssislərə mükafat da verilir. Məsələn, “Google Pixel”in boşluqlarını tapan hakerlər 120 min dollar mükafat alıb. Onlar zərərli kod vasitəsilə smartfona yol tapıblar. Məlum olub ki, “Google Pixel”in müdafiəsini aşmaq üçün smartfona xüsusi məzmunlu mesaj göndərmək yetərlidir. Bundan sonra cihazı kənardan idarə etmək və istifadəçinin məlumatların əldə etmək mümkündür.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017