Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Ağıllı” qulaqcıq smartfonu əvəz edəcək

“Ağıllı” “Vinci” qulaqcığı yaxın gələcəkdə smartfonu əvəz edə bilər.

 

İKT.lent.az-ın “4PDA”-ya istinadən xəbərinə görə, qulaqcığın başqa qurğulara qoşulmadan avtonom işləyə bilməsi onu faktiki olaraq tam smartfona çevirir.

 

Sensorlu displey və “3G” dəstəkləmə ilə təchiz edilən “Vinci” zənglər etməyə imkan verir. Səsli idarəetməni dəstəkləyən qulaqcıq virtual köməkçi, “3D” səsyazma, qabaqcıl səs azaltma texnologiyası, musiqi ilə yanaşı, ətrafdakı bütün səsləri eşitməyə imkan verən rejim, “Soundcloud” və “Spotify” kimi servislər, fiziki aktivliyi izləyən ötürücülər və s. ilə təchiz edilib.

“ARM Cortex-A7” prosessoru və 1 Gb-lıq operativ yaddaş qurğunun işini təmin edir, eləcə də 16 və ya 32 Gb tutumlu quraşdırılmış toplayıcı sevimli musiqiləri yükləməyə imkan verir. Bundan başqa, qulaqcıq istifadəçinin vərdişləri, onun fiziki vəziyyəti, üstünlükləri və s. əsasında musiqi tövsiyə edir. 1500 milliamper/saat tutuma malik quraşdırılmış akkumulyator 10 saat ərzində musiqi səsləndirməyə imkan verir.

“Ağıllı” “Vinci” qulaqcığını “Kickstarter” saytında 99 dollara sifariş etmək olar.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017