Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qadınları sevindirən kəşf -

Yaponiyanın “Panasonic” şirkəti yuyulmuş paltarları qatlayan robot layihəsinə 60 milyon dollar sərmayə yatırıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şkafa bənzəyən və “Laundroid” adlanan maşının yaradılması üçün “Seven Dreamers” yapon startapı 10 il vaxt sərf edib. Gələn il Yaponiyada robotun satışına başlanacaq.

 

Cihaz paltarların qatlanması üçün süni intellekt və təsvirlərin tanınması texnologiyasından istifadə edir. Qatlanmış paltarlar avtomatik olaraq cihazın özü tərəfindən içəridəki rəflərə yerləşdirilir.

 

“Panasonic”dən bildiriblər ki, bu yenilik inqilabi nəticəyə səbəb olacaq, belə ki, statistikaya əsasən insan öz həyatı boyu yuyulmuş paltarların qatlanıb yerbəyer edilməsinə 9 min saat (375 gün) sərf edir.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017