Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bakıda daha bir beynəlxalq sərgi başlayır

Builki “Bakutel” sərgisində 18 ölkədən 200 şirkət iştirak edəcək. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri və tanınmış brendlərin distributorları yer alır.

 

APA TV-nin məlumatına görə, bunu rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mətbuat konfransında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, sərgi çərçivəsində nazirliyin tabeli qurumları məhsul və xidmətlərini təqdim edəcəklər: “ TİER-3 səviyyəli və "Uptime" institutu tərəfindən iki sertifikat əldə etmiş yeganə data mərkəz sayılır və bunun xidmətləri də istifadəçilər tərəfindən geniş istifadə olunacaq.  Birinci sertifikatını özünəməxsus dizaynına görə, digər sertifikatı isə Avadanlıq sertifikatıdır ki, (Facility sertificate), Data Mərkəzdə yaradılan infrastruktura görə verilib. TASİM layihəsinin bir hissəsi olaraq həm də Data Mərkəzin mövcudluğu Azərbaycanı informasiyanın saxlanılması, yayılması mərkəzinə çevirəcək”.

 

E.Vəlizadə TASİM layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib və vurğulayıb ki, “Bakutel” sərgisi çərçivəsində qeyri-formal danışıqlar aparılacaq.

 

Nazir müavini elektron ticarətlə bağlı yeni layihəyə də başlayacaqlarını bildirib: “Çün dünyada elektron ticarət üzrə öndə gedən bir məkan sayılır. Buna görə də biz Çindən, Çinin elektron ticarət platformalarından əldə olunan malların Azərbaycana daşınması və Azərbaycan vasitəsilə dünyanın yerlərinə yayılması istiqamətində olan bir layihənin icrasına başlamışıq”.

 

E.Vəlizadə qeyd edib ki, poçt xidməti ilə bağlı “Şəbəkə” layihəsinin fəaliyyətə başlaması gözlənilir. “Biz bu layihə ilə vətəndaşların bir mərkəzə müraciət edərək müxtəlif poçt və rabitə xidmətlərindən bir yerdə yaralanmalarını təmin edəcəyik”.

 

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017