Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” 2016-cı ildə ən çox müzakirə olunan mövzuları açıqladı -

“Facebook” analitikləri 2016-cı ildə sosial şəbəkədə ən çox müzakirə olunan mövzu və xəbərləri açıqlayıblar.

İKT.lent.az-ın “Facebook” şirkətinə istinadən məlumat verir ki, bu il sosial şəbəkədə ən rezonans doğuran mövzu ABŞ-da keçirilən prezident seçkiləri olub.

Bundan başqa, analitiklərin məlumatına görə, “Facebook”da daha çox müzakirə olunan mövzulardan biri də “Pokemon Go” oyunudur.

İstifadəçilər arasında böyük rezonans doğuran mövzulardan biri də Olimpiya oyunları olub. Həmçinin onları şəxsi hüquqlarının pozulması ilə bağlı ABŞ vətəndaşlarının hərəkətləri maraqlandırıb.

“Facebook”un məlumatına görə, ictimaiyyətin marağını bir neçə qəmli hadisələr də çəkib. Bu mövzulardan biri xüsusilə britaniyalı musiqiçi Devid Boun və boksçu Məhəmməd Əlinin ölümləri olub.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017