Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pornosayt videooyunlarda rubrika yaratdı -

Populyar pornosayt kompüter oyunlarından bəhs edən videolar dərc etməyə başlayıb.
 
İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, böyüklər üçün çarxların yaradıcısı və icarədarı olan “Brazzers” şirkəti özünün “YouTube” kanalında rubrika açıb.

Bu çərçivədə şirkətin aktrisaları Missi Martibez və Nikki Benz oyun sənayesində mövcud olan müxtəlif yenilikləri qiymətləndirməyə başlayacaqlar. 

Qeyd edək ki, ilk dəfə “Porno ulduzlar oynayır” silsiləsindən olan video çarx “Mafia 3” oyununa həsr edilib. Bu oyun Amerikadakı mütəşəkkil cinayətkarlıq haqqında danışılan məşhur franşizanın davamıdır. Oyun müxtəlif platformalar üçün yaradılıb və azarkeşləri üçün böyük bir xəyal qırıqlığı və məyusluq hissi yaradıb.

Qeyd etmək yerinə düşər ki, “Brazzers” əməkdaşlarının kompüter oyunlarına bağlılıqları ilə bağlı tez-tez məlumat yayılır. Yalnız bu ilin payızında portal bir sıra tanınmış hitlərə porno parodiyalar təqdim edib. Onların arasında “Call of Duty”, “Pokemon GO”, həmçinin “Overwatch” oyunları da var. “Porno ulduzlar oynayır” rubrikasından başqa, böyüklər üçün nəzərdə tutulmuş portalın kanalında müxtəlif kino çarxlara da rast gəlmək mümkündür.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017