Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İnternet yalanına inanan Pakistandan İsrailə nüvə hədəsi -

“Twitter”də yayılan “fake” (yalan) məlumat İsrail və Pakistan arasında gərginliyə səbəb olub.

 

İKT.lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, gərginliyə səbəb “AWD News” saytının aşağıdakı məzmunda xəbəri olub: “İsrail müdafiə naziri: Əgər Pakistan Suriyaya istənilən bəhanə ilə ordu göndərsə, biz bu ölkəni nüvə zərbəsi ilə məhv edəcəyik”.

 

Buna cavab olaraq Pakistanın müdafiə naziri öz “Twitter” səhifəsində xatırladıb ki, Pakistan da nüvə silahına sahibdir.

 

Bir qədər sonra İsrail Müdafiə Nazirliyi açıqlama ilə çıxış edərək yayılmış xəbəri uydurma adlandırıb.

 

Qeyd edək ki, Pakistan nüvə dövlətlərinin sırasına 1998-ci ildə qoşulub. İsrail isə nüvə silahına malik olmasını heç vaxt rəsmi səviyyədə etiraf etməyib.

 

LENT

23 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017