Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirildi

Azərbaycanın ilk mobil operatoru və qparıcı mobil internet provayderi "Bakcell" şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib.

 

İKT.lent.az-ın xəbərinə görə, seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq olub.

 

Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər - Ülviyyə Mirzəyeva və Zəhra Xələfli əlilliyi olan uşaqlar və valideyn münasibətləri,  onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında  müzakirə olunub.

 

Tədbirə həmçinin paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən əlilliyi olan uşaqlar və onların valideynləri üçün, eyni zamanda əlilliyi olmayan insanlar da böyük motivasiya olub. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq, həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.

Tədbirin sonunda spikerlər onlara ünvanlanmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq məsləhətlər veriblər.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017