Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2017-ci ilin ən qeyri-adi və gözlənilməz yenilikləri açıqlandı 

Analitiklər texnologiya sayəsində ən qeyri-adi və gözlənilməz yeniliklərin siyahısını müəyyən edib. 

İKT.lent.az-ın “svopi.ru” saytlına istinadən məlumatına görə, mütəxəssislərin proqnozlarına əsasən bəzi cihazlar 2017-ci ildə daha da populyar olacaq.

İlk növbədə “ağıllı” linzaları qeyd etmək lazımdır. Belə bir optikanın ideyası hələ 2014-cü ildə yaranıb. Buna bənzər texnologiyanı “Google” şirkəti istehsal edib, ancaq onun “Glass” smart eynəklərinə böyük tələbat olmayıb. 

Hazırda buna bənzər cihazların istehsalı ilə “Samsung” məşğul olur. Cənubi Koreyanın texnologiya nəhənginin artıq displeyli və sensorlu kontakt linzalarına patenti var. İstehsalçı təkcə görmənin korrektəsini deyil, həmçinin bu texnologiyanın saat, skaner, fitnes treker, hətta fotoaparatı əvəz edəcəyini vəd edir.

“Waverly Labs” şirkəti də qeyri-adi texnologiyanın tərtibatı ilə məşğuldur. 2017-ci ildə şirkət elə etmək istəyir ki, prinsipcə müxtəlif ölkələrin vətəndaşları arasında ünsiyyətdə hər hansı maneələr olmayacaq. Tərcüməçi qulaqcıqlar real vaxt rejimində çalışacaq. Ancaq belə cihazın dəqiq iş prinsipləri hələlik məlum deyil.  

Mütəxəssislərin fikrincə, şəffaf ekranlı smartfonlar olduqca populyar olacaqlar. “Vivo” şirkəti elə etmək niyyətindədir ki, smartfon bütün texniki parametrləri telefonun çərçivəsində olsun. Bu, həmçinin tərtibatçıları daha çox virtual reallıq üçün nəzərdə tutulmuş əlavələrin hazırlamasına sövq edəcək. Bunun üçün əsas misal kimi “Pokemon Go” oyununu göstərmək olar.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017