Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Telegram”da məlumatları silmək olacaq

Populyar “Telegram” əlavəsi özünün proqram təminatının funksionallığını genişləndirərək, komandaların ilkin siyahısına göndərilmiş məlumatları silmək imkanını əlavə edib. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, məlumatlar nəinki göndərən istifadəçidə, həmçinin alan istifadəçidə də itəcək.

Bu cür yenilik proqramın 3,16 versiyasında olacaq və belə üstünlükdən yararlanmaq istəyən istifadəçilər üçün ilk əvvəl proqramı yeniləmək gərəkdir. Silmək düyməsindən məlumatın göndərildiyi andan ilk iki sutka ərzində istifadə etmək mümkün olacaq. Sonrakı mərhələdə arzuolunmaz kontenti silmək mümkün olmayacaq. 

Bu faydalı seçimdən başqa, “Telegram” messenceri yazışmanın sonuna qayıdılması düyməsinə malik olacaq. Artıq bütün internet trafikinə Wi-Fi şəbəkəsi vasitəsilə nəzarət etmək imkanı da olacaq.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017