Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Nyu-Yorkun bütün metro stansiyaları Wi-Fi-ya qoşuldu

“Transit Wireless” şirkəti Nyu-York metrosunun bütün stansiyalarını pulsuz Wi-Fi-ya qoşulma ilə təmin edib. 

İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, sonuncu olaraq şəbəkəyə qoşulan Bruklindəki “Klark Strit” stansiyası olub. 

Layihə üzrə iş 2011-ci ildən aparılır. “Transit Wireless” şirkəti 286 stansiyanı internet örtüyü ilə təmin edib. Hazırda isə daha 4 stansiya rekonstruksiya edilir və təmir işlərindən sonra onlar da Wi-Fi şəbəkəsinə qoşulacaq. 

Bundan öncə isə Moskva metropolitenini Wi-Fi şəbəkəsi ilə təmin edən operatorlardan biri olan “Maksima Telekom” şirkəti Rusiyanın beynəlxalq hava limanlarında vahid Wi-Fi şəbəkə zonasının yaradılacağını elan edib.

LENT

20 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017
16 Fevral 2017
15 Fevral 2017