Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İnternetin ən qeyri-adi qızları - TOP-7 -

Şəbəkədə ən unikal yeddi qızın adları açıqlanıb. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, ilk belə qeyri-adi qız Hyuston şəhərindən olan Ayanna Uilyams olub.

 

Bu qız özünün uzun dırnaqları ilə məşhurlaşıb. O, nə əl, nə də ayaq dırnaqlarını kəsmək niyyətində deyil. Amerikalı qız 20 ildən artıqdır ki, dırnaqlarını kəsmir. Amma buna baxmayaraq, özünün bütün ev və məişət işlərinin öhdəsindən asanlıqla gəlir, asanlıqla bəzənir və saçlarını darayır. 

Venesueladan olan Leyra Avendano incə belə sahib olmaq üçün qabırğalarını çıxartdırıb. 

Kaliforniyadan olan 22 yaşlı Miramar Kinoa ağzındakı böyük bir şişə görə bərk qidalar yemir.

ABŞ-ın 43 yaşlı sakini Ruffinelli Mikel enli buduna görə Ginnesin Rekordlar Kitabına düşüb. Bu qızın peşəsi psixoloqdur, ancaq onu ara-sıra jurnallara şəkil çəkdirməyə dəvət edirlər.

Venesueladan olan qız hər kəsə özünün uzun dilini nümayiş etdirib. Qerkari Blanko dilini hətta öz qulağına qədər çatdıra bilir. Çünki onun dilinin uzunluğu 11,5 santimetrə çatır.

Mariya Xose Kristerna vampir obrazı ilə məşhurlaşıb. Meksikalı qadının bədəni 100 faiz tatuirovka ilə örtülüb.

Amerikalı Çelsi Çarms isə hər kəsə özünün dünyanın ən böyük sinəsi olan şəklini nümayiş etdirib. 40 yaşında striptiz göstərən qızın dekolte hissəsinin həcmi 164 santimetr təşkil edir.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017