Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” Çinin tələbi ilə online mağazalarından “New York Times”ı çıxardı

ABŞ-ın “Apple” korporasiyası Çin hökumətinin tələbi ilə online mağazalarından “The News York Times” qəzetinin əlavəsini çıxarıb.

 

İKT.lent.az-ın “Bloomberg HT”ə istinadən verdiyi xəbərə görə, Çin Kommunist Partiyasının rəsmi orqanı olan “The Global Times” qəzeti ABŞ nəşrini Çinin daxili işlərinə qarışmaqda və həssas mövzuları araşdırmaqda ittiham edib. Qəzet Qərb mediasına “müəyyən mövzuların” üzərinə getməmək barədə xəbərdarlıq ünvanlayıb. 

 

“The New York Times”dan bildiriblər ki, qadağaya səbəb “Apple”ın ən böyük tədarükçüsü olan Çin şirkəti “Foxconn”un fabriklərindəki ağır iş şəraiti və intiharlarla bağlı qəzetdə yayılan xəbərlərdir. “Apple” rəhbərliyini öz qərarını gözdən keçirməyə çağıran qəzet qoyulmuş qadağanın Çindəki oxucuları ABŞ və Qərb mediasının yayımlarından təcrid etmək cəhdlərinin tərkib hissəsi olduğunu bəyan edib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017