Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” bu il 60 milyon “Galaxy S8” smartfonu satacaq

“Samsung” şirkəti 2017-ci ildə 60 milyon ədəd “Galaxy S8” smartfonu satmaq niyyətindədir. 

İKT.lent.az-ın “The Investor” nəşrinə istinadən məlumatına görə, texnologiya nəhəngi tərəfdaşlarından 60 milyon ədəd cihaz üçün komplektlər istehsal edilməsi ilə bağlı xahiş edib. 

Bu rəqəm şirkətin daha əvvəlki illərdə reallaşdırdığı flaqmanların həcmindən ciddi şəkildə üstündür. Belə ki, 2015-ci ildə Cənubi Koreya tərtibatçıları tərəfindən 45 milyon ədəd “Galaxy S6” cihazı istehsal edib. Sonuncu “Galaxy S7” flaqmanı isə 48 milyon ədəd satıla bilib. 

Mənbə həmçinin qeyd edib ki, “Samsung Galaxy S8” smartfonunun kütləvi istehsalına mart ayında başlanılacaq. Aprel ayında isə cihaz mağaza piştaxtalarına çıxarılacaq.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017