Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sony” “PlayStation Store” üçün ən populyar oyunları açıqladı

“Sony” şirkəti ötən il “PlayStation Store” üçün ən populyar oyunların adlarını açıqlayıb. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, PS 4 platformasında lider “Rocket League” oyunu olub.   

Mahiyyəti avtomobillərlə futbol oynamaq olan arkada oyunu populyarlıqda birinci yeri tutub. “Rocket League” oyunu “Call of Duty: Infinite Warfare” və “Battlefield 1” kimi oyun dünyasının “əjdaha”larını geridə qoya bilib. Əlavə etmək lazımdır ki, “Rocket” adları yuxarıda çəkilən oyunlardan daha az qiymətləndirilib. Adı çəkilən oyunlar dəfələrlə hərraclarda iştirak edib. 

“PlayStation 4” cihazında ilk beşliyə həmçinin “The Division” və “Minecraft” kimi oyunlar da daxil edilib. 

“PlayStation 3” oyun modelində daha çox yüklənərək hit olan oyunlar arasında “Grand Theft Auto V”, “The Last of Us” və adı yuxarıda çəkilən “Minecraft” olub. Virtual reallıq eynəkləri üçün daha populyar olun “Job Simulator” olub.

LENT

23 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017