Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” öz smart saatlarını “iPhone”la uyğunlaşdırdı

Bu gündən etibarən “Samsung”un bir neçə “ağıllı” saatı və fitnes bilərziyi “iPhone” smartfonları ilə sinxronlaşacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Samsung”dan açıqlama verilib.

 

Maraqlıdır ki, Cənubi Koreya şirkəti ilə “iPhone”un istehsalçısı olan “Apple” bazarda bir-birinə rəqibdir. Şirkətlərin cihazları müxtəlif əməliyyat sistemləri ilə çalışır: “Samsung” “Android”, “Apple” isə iOS bazasında.

 

İndiyə qədər “Samsung”un heç bir məhsulu iOS cihazları ilə sinxronlaşmayıb. Lakin bundan sonra “Samsung Gear S3” və “Gear S2” smart saatları, eləcə də “Gear Fit2” fitnes bilərziyi beşinci modeldən başlayaraq bütün “iPhone” versiyaları ilə uyğunlaşdırılacaq. Onları “iPhone”a qoşmaq üçün “App Store”dan xüsusi mobil əlavəni yükləmək lazımdır.

 

“Biz öz məhsullarımızı daim təkmilləşdirməyə çalışırıq. Buna nail olmağın yollarından biri istifadəçilərimizin arzularını diqqətlə dinləmək, o cümlədən iOS istifadəçilərinə bizim daşınan cihazlarımıza çıxış imkanı verməkdir”, - deyə “Samsung“un qlobal marketinq bölməsinin icraçı vitse-prezidenti Yönghi Li söyləyib.

LENT

23 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017