Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Üç ekranlı noutbuk beynəlxalq sərgidən oğurlandı

Hər il Las-Veqasda keçirilən CES texnoloji sərgisi çərçivəsində “Razer” şirkətinin istehsalı olan “Project Valerie” noutbukunun prototipi oğurlanıb.

İKT.lent.az-ın “Engadget” nəşrinə istinadən məlumatına görə, bu oğurluq barədə “Eazer” şirkətinin rəhbəri Min-Lyan Tan özünün “Facebook” səhifəsində yazıb. Ancaq o, stenddən məhz nəyin oğurlandığı barədə dəqiq heç nə deməyib.

 

Lakin məlumdur ki, şirkət CES sərgisində özünün üç ekranlı noutbukunu və “Project Ariana” proyektorunu nümayiş etdirib.

"Biz bütün lazımi dəlillərimizi təqdim etmişik və hazırda vəziyyətin həlli üçün sərgi rəhbərliyi, həmçinin hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik", - deyə Tan bildirib.


Bundan öncə isə bildirilib ki, CES-2017 sərgisində süni intellektə malik gələcəyin avtomobili təqdim olunub.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017