Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Yahoo!” adını dəyişir, prezident gedir - BÖYÜK BİRLƏŞMƏ!

“Verizon” telekommunikasiya şirkəti ilə birləşmənin yekunlaşmasından sonra “Yahoo!” adını dəyişərək “Altaba Inc.” adlanacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə dövlət Komissiyasının məlumatında bildirilir.


Bəzi media orqanları güman edir ki, yeni ad yalnız holdinq şirkətinə aid olacaq, “Yahoo!” brendi isə qalacaq. Birləşmə prosedurları başa çatdıqdan sonra prezident və baş icraçı direktor Marissa Mayer ilə “Yahoo!”nun həmtəsisçisi Devid Filo da daxil olmaqla, Direktorlar Şurasının 5 üzvü şirkəti tərk edəcək.

 

Qeyd edək ki, birləşmə barədə 2016-cı ilin iyulunda açıqlama verilib. Bunun nəticəsində aylıq auditoriyası 1 milyard nəfərdən çox olan yeni holdinq yaranacaq. “Verizon” “Yahoo!”nun internet aktivlərini 4,38 milyard dollara satın alıb. “Yahoo!”nun “Alibaba Gruop”dakı səhmləri isə “Verizon”un nəzarətinə keçməyəcək.
 

Sövdələşmə çərçivəsində “Verizon” “Yahoo! Mail” elektron poçt xidmətinin, “BrightRoll” videoreklam xidmətinin, “Flurry” mobil əlavə analitikası xidmətinin, “Gemini” reklam xidmətinin və “Yahoo!” platformasına aid digər xidmətlərin sahibi olacaq. Gələcəkdə bu xidmətlərin hamısı “Verizon”un daha əvvəl əldə etdiyi AOL şirkətinin biznesinə inteqrasiya ediləcək.

LENT

18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017