Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” 2017-ci ildə 3 yeni “iPad” istehsal edəcək

ABŞ-ın “Apple” korporasiyası bu ilin birinci yarısında üç yeni model planşeti təqdim etməyi planlaşdırır. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “AppleInsider” nəşrinə “KGI Securities” analitik şirkətinin analitiki Min-Çi Kuo bildirib. 

Mənbənin məlumatına görə, “Apple” şirkəti bundan sonra mini versiyalı “iPad” istehsal etməyəcək və diqqətini əsasən böyük ekranlı cihazlara yönəldəcək.

M.Kuo hesab edir ki, yeni planşetlər 12,9, 10 və 9,7 düym həcmli diaqonala malik olacaq. Ən böyük ekranla ikinci nəsil “iPad Pro” istehsal olunacaq. 10 düymlük diaqonala malik planşet isə çərçivəsiz dizaynlı premium modeli olacaq. 

Daha kiçik həcmli ekran isə “Apple”in qismən ucuz sadə planşetlərində olacaq.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018