Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən güclü kiber ordular - ARAŞDIRMA

“Zecurion Analytics” şirkəti dövlətlərin kiber orduları ilə bağlı araşdırma aparıb.

 

İKT.lent.az-ın xəbərinə görə, hazırda ən inkişaf etmiş kiber orduya malik olan dövlət ABŞ-dır. Analitiklər hesab edir ki, ABŞ-da bu sahəyə ayrılan vəsait ildə 7 milyard dollara, dövlətlə əməkdaşlıq edən hakerlərin sayı isə 9 min nəfərə yaxındır.

 

İkinci sırada Çin gəlir. Bu ölkədə kiber ordunun maliyyələşməsi təxminən 1,5 milyard dollar təşkil edir. Çin kiber ordusunun say tərkibi isə 20 min nəfərə yaxındır.

 

İlk üçlüyü Böyük Britaniya tamamlayır. Araşdırmaya əsasən bu ölkənin kiber ordusu 2 min nəfərdən ibarətdir və bu sahəyə ildə 450 milyon dollar ayrılır.

 

Dördüncü sırada 700 haker və 400 milyon dollar illik büdcə ilə Cənubi Koreyadır.

Araşdırmanın müəllifləri son vaxtlar ABŞ tərəfindən kiberhücumlarda ittiham edilən və bu səbəblə sanksiyalara məruz qalan Rusiyanı 5-ci sıraya qoyublar. Rusiyanın hərbi və kəşfiyyat məqsədilə bu sahəyə 300 milyon dollar ayırdığı, dövlətə işləyən peşəkar rus hakerlərin sayının 1000 nəfər olduğu bildirilir.

 

Şirkət kiber qoşunların əsas fəaliyyət istiqamətləri kimi casusluq, kiberhücumlar və informasiya müharibələrini göstərib.

 

“Zecurion Analytics” öz araşdırmasında ölkələrin hərbi büdcələrinə, nizamnamə sənədlərinə, beynəlxalq təşkilatların hesabatlarına və arayışlarına, rəsmi şərhlərə, insdayder informasiyalarına əsaslanıb.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017