Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hindistanın smartfon bazarının yarıdan çoxu Çin şirkətlərinin əlindədir

Hindistanın smartfon bazarı tədricən Çin istehsalçıları tərəfindən zəbt olunur.

İKT.lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, ötən ilin noyabr ayında Çin şirkətləri Hindistanın smartfon bazarının 32 faizinə sahib olublar. Bunun sayəsində bir çox oyunçular paylarını itirib.

Hazırda Çin şirkətləri Hindistan bazarının yarıdan çox payına malikdir. Məsələn, bu ölkədə çoxdan lider olan “Samsung” şirkəti hazırda bazarın 21 faiz payına malikdir. Bir il öncə isə şirkətin bu bazardakı payı tam olaraq 30 faizə bərabər idi.

Hindistanda uğur qazanan Çin istehsalçılarının arasında “Xiaomi”, “Lenovo”, “Oppo”, “OnePlus” və “Gionee”nin adları var. 

“Counterpoint” şirkətinin məlumatına əsasən, 140-440 dollar seqmentində Çin şirkətləri bazarın 68 faiz payına malikdirlər.

LENT

23 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017