Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin “AppStore"un da analoqunu yaratdı

“Tencent” şirkətinin istehsalı olan “Çin AppStore”u populyarlıq qazanmaqda davam edir. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, gündəlik olaraq bütün dünya üzrə 750 milyon istifadəçi xidməti ziyarət edir. İnternet market “WeChat” messencerinin istifadəçiləri üçün mini əlavələr təqdim edir. 
 

Bazar ertəsi, yanvarın 9-da Çinin “Tencent” telekommunikasiya şirkəti ictimaiyyətə “WeChat” messencerinin bazasında yaradılan “AppStore”un analoqunu təqdim edib. Bu xidmət istifadəçilərə 100-dən artıq mini əlavə təqdim edir. Xidmət həm iOS, həm də “Android” əməliyyat sistemlərinin istifadəçilərinin istifadəsi üçün mümkündür. İnternet market böyük populyarlığa malikdir, xidmətə gündəlik daxilolmanın sayı 768 milyon nəfərdir.

Eyni zamanda “Apple Inc.” şirkəti rəsmi bəyanatla çıxış edib və “Tencent” şirkətinə “Apps” sözünün marketin adının qarşısında istifadə olunmasına qadağa qoyub. Korporasiyanın fikrincə, “iTunes”in analogiyasının bilərəkdən istifadə olunması istifadəçilər arasında çaşqınlıq yaradır və orijinal “AppStore”un mövqelərini zəiflədir. Artıq “Apps”ın əvəzinə saytda “mini-əlavələr” yayılır ki, bu da onu “Apple”in kontentinə oxşadır.

LENT

18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017