Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkələr sayəsində oxşarlarını tapdı -

Santana Qutyeres adlı qız San-Diyeqo şəhərində yerləşən ticarət mərkəzlərinin birində özünə oxşayan qıza rast gəlib. 

İKT.lent.az-ın “Daily Mail” nəşrinə istinadən məlumatına görə, qız onunla çəkdirdiyi ümumi şəkli sosial şəbəkələrdə paylaşmaq qərarına gəlib. Sonradan “Twitter” istifadəçiləri Santanın daha 3 oxşarını tapa biliblər. 

Santanın dərc etdiyi şəkil 22 dəfə repost edilib. Bunun sayəsində istifadəçilər ona oxşayan daha 3 qızın şəklini göndəriblər. 

Santana bildirib ki, bu şəkilləri hətta valideynlərinə də göstərib. Ancaq onlar bu qızlarla mümkün hər hansı qohumluq əlaqələrinin olması ilə bağlı məlumatları inkar ediblər. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017