Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Virtual reallıqda pornoya baxmaq üçün kabinələr yaradıldı

Yaponiyanın “Soft on Demand” porno şirkəti Tokioda virtual reallıqda pornoqrafiyaya baxmaq üçün kabinələrin icarəyə verilməsi xidmətinə başlayıb. 

İKT.lent.az-ın “life.ru” saytına istinadən məlumata görə, reklam çarxları “təmizliyə” və “tam qapanma”ya təminat verir.

Şirkət əməkdaşlarının sözlərinə görə, bu otaqlar birbaşa olaraq ənənəvi mehmanxanaların və hostellərin rəqibi qismində çıxış edəcəklər. 

Bu kabinələri həm bir saatlıq, həm də bir sutkalıq icarəyə götürmək mümkün olacaq. Bu isə 5 və 27 dollara başa gələcək. Açılışın şərəfinə “Soft on Demand” şirkəti aksiya keçirib. Belə ki, yeni xidməti sınaqdan keçirmək istəyən hər kəs bir saatlıq vaxtı pulsuz əldə edə bilər.

Pornoya baxmaqdan savayı, ziyarətçilər Yaponiya komiksləri olan manqanı oxuya və ya internetə daxil ola biləcəklər. Çünki kiçik səs keçirməyən kabinələr kompüter, virtual reallıq cihazları, film və manqa kolleksiyası ilə təchiz edilib. 

LENT

18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017