Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Spotify” musiqi xidməti Obamaya iş təklif etdi

“Spotify” musiqi xidməti yanvarın 20-də səlahiyyət müddəti başa çatacaq ABŞ prezidenti Barak Obamaya iş təklif edib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Spotify” xidmətinin saytında “President of Playlists” adlı yeni vakansiya elanı verilib. Elanda bildirilir ki, bu vəzifəni tutacaq şəxs “pley-siyahı”ların tərtib olunmasına və xidmətin 60-dan çox ölkədəki ofislərinin işçinə nəzarət edəcək. “Pley-siyahıların prezidenti” yeni ideyaların axtarışına və xidmətin dünya liderliyini təmin etməyə də cavabdeh olacaq.

 

Elanda deyilir ki, işə qəbul olunacaq şəxs azı 8 illik idarəetmə təcrübəsinə və Nobel mükafatına sahib olmalıdır. Barak Obamanın adı çəkilmir, lakin bu meyarlara uyğun gələn şəxsin məhz Obama olduğu aydındır. “Spotify” xidmətinin yaradıcısı və icraçı direktoru Daniel Ek elanı “tvit” şəklində Obamanın ünvanına da göndərib. B. Obama hələlik bu təklifə cavab verməyib.

 

Xatırladaq ki, B. Obama daha əvvəl özünün yay “pley-siyahı”sını “Spotify”da yerləşdirmişdi. “Spotify” aylıq abunə haqqı müqabilində musiqi kompozisiyalarına leqal qulaq asmağa imkan verən striminq xidmətidir. Xidmətin auditoriyası 100 milyondan çox istifadəçini əhatə edir.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017