Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Amerikalı 9 saata “Excel”in son sətrini tapdı -

ABŞ sakini Hanter Hobbs “YouTube” video hostinqində çarx yerləşdirib.

İKT.lent.az-ın “life.ru” saytına istinadən məlumata görə, bu çarxda o, 9 saat ərzində ardıcıl olaraq klaviaturaya basaraq, “Excel” kompüter proqramının cədvəlindəki sonuncu sətri tapmaq niyyətində olub.

Videoda Hobbsun hətta keçirdiyi təcrübə zamanı əylənmək cəhdləri də görüntülənib. Belə ki, sınaq zamanı o kitab oxuyur, mobil telefonun ekranına baxır və raketka ilə stolüstü tennis üçün nəzərdə tutulmuş topla oynayır. 

Amerikalı müəyyən edə bilib ki, “Excel” kompüter proqramının “dibi” və ya son sətri olaraq 1 048 576-cı sətri hesab etmək olar. Videoblogger öz təcrübəsini həyatında keçirdiyi ən əbləh təcrübə adlandırıb. 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017