Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyalılar 1/3-i özlərini internet fırıldaqçılarının qurbanı sayır - SORĞU

Rusiyalıların üçdə biri etiraf edib ki, mobil rabitə və internet xidmətləri ilə bağlı cinayətlərin qurbanlarına çevriliblər. 

İKT.lent.az-ın RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğudan məlum olub.

Hər üçüncü rusiyalı, yəni əhalinin 31 faizi, heç olmasa, bir dəfə mobil rabitə və internet xidmətləri ilə bağlı qanunazidd hərəkətlərlə rastlaşıblar.

Qeyd edək ki, rəyi soruşulanların 65 faizi bank kartlarından və elektron hesablardan, həmçinin şəxsi məlumatlarının oğurlanmasından ehtiyat edirlər.

Bundan başqa, respondentlərin 56 faizi SMS və ya elektron poçt vasitəsilə yayılan yalan məlumatlardan qorxurlar. Sorğu 1 600 respondent arasında aparılıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017