Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Meizu” 2016-cı ildə rekord sayda smartfon satıb

Çinin “Meizu” şirkəti 2016-cı ildə rekord sayda - 22 milyon ədəd smartfon tədarük edib. 

İKT.lent.az-ın “Playfuldroid” nəşrinə istinadən məlumatına görə, bu barədə “Meizu” şirkətinin keçirdiyi mətbuat konfransında bildirilib. 

Şirkət nümayəndələri qeyd ediblər ki, smartfonların 10 faizi Çindən kənara göndərilib.

 

2017-ci ildə isə şirkət ötən ilki nəticəni daha da yaxşılaşdırmağı və yeni bazarlara çıxış əldə etməyi planlaşdırır. Şəbəkəyə sızmış qrafikə əsasən, bu il “Meizu” şirkəti 6 yeni smartfon istehsal etmək niyyətindədir. 2017-ci ilin sonunda “Meizu M” modelinin yeni nümayəndəsi istehsal olunacaq ki, bu smartfon da “Qualcomm” şirkətinin istehsalı olan bir kristallı sistemlə təchiz ediləcək.

LENT

18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017