Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Obamanın vida tviti rekord vurdu

ABŞ prezidenti Barak Obamanın @POTUS “Twitter” sosial şəbəkəsindəki sonuncu yazısı akkauntun mövcud olduğu bütün dövrlər ərzində laykların və retvitlərin sayına görə rekorda imza atıb. 
 
Bu barədə İKT.lent.az “Cnet” nəşrinə istinadən məlumat verib. 
 
“Hər şeyə görə çox sağ olun. Mənim sonuncu xahişim elə birincisi kimidir. Mən xahiş edirəm ki, mənim dəyişiklər yaradaca biləcək bacarıqlarıma deyil, öz bacarıqlarınıza inanasınız”, - deyə Obama yazıb. 
 
Bu qeydin yazılma anında yazını 600 mindən artıq istifadəçi retvit edib, 1 milyon 200 min nəfər isə layk edərək bəyənib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017