Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada dəfn mərasimlərinin təşkili üçün mobil əlavə yaradıldı - UMER

Rusiyada dəfn mərasimlərinin təşkili üçün “Umer” adlanan mobil əlavə tərtib edilib.

İKT.lent.az-ın məlumatına görə, bu barədə layihə müəllifi “The Village” nəşrinə danışıb.

“Yandeks. Poqoda” layihəsinin rəhbəri Dmitri Qeraqin özünün “Umer” adlanan şəxsi layihəsini təqdim edib. Onun sözlərinə görə, bu layihənin “Yandeks”ə heç bir aidiyyəti yoxdur. Layihə rəhbəri bildirib ki, ölümdən başqa hər şey avtomatlaşdırılıb və bunu düzəltmək niyyətindədir.

Xidmət daxil edilmiş məlumatlar əsasında ölənin qohumlarına müxtəlif variantlı dəfn mərasimlərinin təşkil edilməsini təqdim edəcək. Əlavə qiyməti hesablayır, lazımı sənədlərin siyahısını çıxarır və dəfn bürolarının ünvanlarını istifadəçiyə göstərir.

Əlavə aqreqator kimi yaradılıb. Yeni təkliflərlə işləyən dəfn mərasimləri agentlikləri sifarişçilərə müxtəlif qiymət kateqoriyalarını təklif edə biləcəklər. Hazırda bununla bağlı agentliklərlə danışıqlar aparılır. Xidmətin bir neçə aydan sonra istifadəyə verilməsi planlaşdırılır.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017