Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Görməli yerləri izləmək üçün proqram yaradıldı

İsveçrəli turist Mayk Vonq “Google Maps” bazasında yeni əlavə tərtib edib. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, belə bir xidmətin sayəsində nəinki dünya xəritəsində istənilən yeri tapmaq, hətta oradakı bütün gəzməli yerləri görmək mümkündür. 

Daha da yenilənmiş xidmət “PhotoSpots” adını alıb. Onu analoji xidmətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də istifadəçinin özünün bu və ya digər regiondakı bəyəndiyi yerlərin şəkillərini əlavə etmək imkanının olmasıdır. Bu, həmçinin gəzəcəyi yerləri seçən turistlər üçün çox rahatdır və onlar öncədən bu proqramın köməyi ilə yollarda rastlaşacağı yerləri görə biləcəklər. 

Mayk Vonq xidməti istifadəçilər daha da sadələşdirməyi planlaşdırır. 

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017