Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada hökumət messencerinin sınaqlarına başlandı

Rusiyada hökumət messencerinin sınaqlarına başlanıb.

İKT.lent.az-ın “İntterfaka” agentliyinə istinadən məlumatına görə, bunu Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə məsləhətçisi German Klimenko bildirib. 

“Hazırda sınaqlar aparılır, nəticələr müxtəlifdir. İnternetin İnkişafı İnstitutu bu mövzu ilə fəal olaraq bu il də məşğul olacaq”, deyə Klimenko bildirib. 

Onun sözlərinə görə, başlıca prioritet elə bir əlavənin yaradılmasıdır ki, ölkənin hər bir müəssisəsinin xüsusiyyətlərini nəzərə alsın və onların işinə kömək etsin. Sınaqların nəticələrinə görə, texniki məsələ işlənilib və bunun əsasında messencer yaradılacaq. 

Bundan əvvəl isə məlum olub ki, “Deutsche Bank” əməkdaşlarına “WhatsApp” messencerindən istifadə etməyə qadağa qoyub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017