Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Parkinq yerlərində maşını necə tapmalı?" videosu rekord vurdu -

Chootavao nikli istifadəçi "YouTube" videohostinqinə "Parkinq yerlərində maşını necə tapmalı?" adlı video yerləşdirib.

 

İKT.lent.az-ın "Reddit"-ə istinadən xəbərinə görə, videoda yük yerində üfürülmüş rəngli şarlar olan avtomobil göstərilir.

 

Müəllif izah edir ki, avtomobili park etdikdən sonra yük yerini açmaq və şarları maşın üzərində asmaq lazımdır. Bu isə parkinq yerində avtomobili asanlıqla tapmağa kömək edir.

 

İstifadəçilərin diqqətini yük yerindəki zibil paketi cəlb edib. Onlardan biri zarafatla yazıb ki, "gələn dəfə meyiti necə gizlətməli ki, heç kim tapa bilməsin" videosu paylaşılacaq.

 

Qeyd edək ki, "YouTube"da videonun baxış sayı 1 milyonu keçib.

 

 

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017