Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sony PlayStation 4”-ün satışları “XBox One”ı iki dəfə üstələdi

“Sony PlayStation 4” oyun avadanlığının istifadəyə verildiyi müddətdən bəri onu 33 milyon nəfər əldə edib. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, PS4 özünün əsas rəqibi olan “XBox One” oyun avadanlığını iki dəfə qabaqlayıb.

“Xbox One” cihazı isə cəmi 26 milyon ədəd satılıb ki, bu da “Sony”yə böyük üstünlüklə irəli çıxmağa imkan verib.

 

Yaponiya şirkəti mütəmadi olaraq satışlar barədə məlumatlar dərc edir. “Microsoft” isə bu məlumatları sirr saxlamağı üstün bilir. Statistikanı anlamaq üçün analitiklər müxtəlif mənbələrdən bir çox məlumatları öyrənməli olurlar. 

Bununla belə, “Xbox One”a olan tələbat yenə də artmaqdadır. Ötən ay şirkət rekord sayda oyun avadanlığının satışını həyata keçirib.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018