Bu bölmə Bakcell tərəfindən təqdim olunur

GTA 5 Böyük Britaniyada satış reytinqində lider oldu

GTA 5 oyunu Böyük Britaniyada yenidən satış reytinqində lider olub.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumata görə, Böyük Britaniyada video oyunun satışları barədə yeni məlumatları “GFK Chart-Track” şirkəti tərəfindən açıqlanıb.

Əldə olunan məlumata görə, oyunsevərlər üçün daha populyar olan layihə “Grand Theft Auto V” oyunudur. “Rockstar North” şirkətinin işi artıq 11 aydır ki, reytinqlərdə qalib gəlir. Bunu GTA oyununun heç bir hissəsi əldə edə bilmir.

İkinci yerdə futbol simulyatoru olan “FIFA 17” durur. “Call of Duty: Infinite Warfare” atıcılıq oyunu isə bu reytinqdə üçüncü yerdədir. 

“Batterfield 1” oyunu dördüncü yerdə mövqeyini qoruyub. “Rocket League” və “Watch Dogs 2” oyunları da nəticələrini yaxşılaşdıra bilib və bu oyunlar beşinci və altıncı yerləri tutur. Reytinqin son pillələrində isə “Forza Horizon 3”, “Mafia III” və “Overwatch” oyunları qərarlaşıb. 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017