Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyada ən ucuz internet hansı ölkədədir? - REYTİNQ

İran ən ucuz internetə malik ölkələrin ilk üçlüyünə daxil olub. 

İKT.lent.az-ın “rueconomics.ru” saytına istinadən məlumata görə, bu barədə “Content Review” analitik şirkətinin hesabatında deyilir.

Məlumata görə, ən ucuz mobil internetin olduğu ölkələrin reytinq siyahısında ikinci yerdə Rusiya, üçüncü yerdə isə Polşa qərarlaşıb. Reytinqə başçılıq edən İranda isə 1 GB internetin qiyməti 40 qəpik təşkil edir. Bu yaxınlarda ölkədə bu xidmətin qiyməti 13 faiz aşağı salınıb. Rusiyada 1 GB internetin qiyməti 3 manat 65 qəpik, Polşada bundan bir az bahadır.
 

Reytinq tərtib olunarkən mütəxəssislər 1 GB internet həcminin ötürülmə qiymətini nəzərə alıblar. Bu reytinqin anti-lideri Böyük Britaniyadır. Burada 1 GB internetin ötürülməsi 34 manat 66 qəpiyə başa gəlir. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017