Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda 171 milyon manatlıq elektron məhsullar istehsal olunub

2016-cı il ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 171,0 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2015-ci illə müqayisədə ölkədə kompüter və elektron məhsullarının istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,3 dəfə artıb. 

İl ərzində 2015-ci illə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,8 dəfə artıb, məişət soyuducularının istehsalı 20,9 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 90,7 faiz azalıb. 

Bununla yanaşı, hesabat dövründə 11,3 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları, 103 ədəd məlumatın saxlanması üçün mərkəzi vahidlər, 135 ədəd dəyişən cərəyanla işləyən generatorlar istehsal edilib.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017