Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Electronics”in gəlirləri 50 faiz artıb

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ötən ilin dördüncü rübündə 9,22 trilyon von və ya 7,93 milyard dollar həcmində gəlir əldə edib. 

İKT.lent.az-ın TASS-a istinadən məlumata görə, bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 60,11 faiz çoxdur.  

Məlumata görə, 2016-cı ilin oktyabr-dekabr aylarında satışların həcmi 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,03 faiz artaraq 53,33 trilyon von və ya 46,4 milyard dollar təşkil edib. Həmçinin bildirilir ki, 2016-cı ildə “Samsung Electronics”in əməliyyat gəlirləri 29,24 trilyon von və ya 25,42 milyard dollara çataraq illik nisbətdə 10,7 faiz artıb. 

Korporasiyada əməliyyat gəlirlərinin artmasını yarımkeçiricilərin, xüsusilə də DRAM və NAND yaddaşlı mikro sxemlərin uğurlu satışı ilə izah edirlər. Bu, həmçinin “Galaxy S7” və “S7 Edge” flaqman smartfonlarının satışı ilə bağlıdır. 

Bununla belə, “Galaxy Note 7” cihazlarının qlobal geri çağırılmasından şirkətin ziyanı məhdud olub və şirkətin gəlirlərinə o qədər də ciddi təsir etməyib.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017