Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən il hansı şirkət daha çox kompüter satıb?

Ötən il “Apple” şirkəti kompüter bazarında ən uğurlu tədarükçülərin reytinqində beşinci yerə düşüb.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, 2016-cı ildə şirkət ümumi bazarın 7,1 faizinə sahib olub.

Mənbənin məlumatına görə, ötən il kompüter satışları 5,7 faiz azalıb. “Mac” nəslindən olan cihazların satışı isə xüsusilə 10 faiz bərbad olub. 

Bu bazarda lider “Lenovo” şirkətidir və bazarın 21,3 faizinə sahibdir. Onun ardınca isə HP, “Dell” və “Asus” şirkətləri gəlir. Bu dörd şirkətin payına ümumi kompüter bazarının 65 faizdən çoxu düşür. Bir il ərzində daha böyük artımı “Dell” şirkəti nümayiş etdirib və bu artım 10 faiz təşkil edib. 

Bazarın ümumi payının təxminən 28 faizini isə 200 istehsalçı öz aralarında bölüşdürür. 

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017