Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ruslar “Skype”ın analoqunu yaratdı

“Rostelekom” “Alle” adlanan yeni əlavəsini təqdim edib.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, belə bir məlumatı şirkət nümayəndələri açıqlayıblar. 

Onların sözlərinə görə, yeni əlavə “Skype” proqramının analoqu olub. Bildirilir ki, “Alle” müştərilərinə zənglər həyata keçirməyə imkan verəcək. Həmçinin əlavə ödənmiş etməklə mobil və stasionar nömrələrə də zənglər etmək imkanı yaradacaq.

Əlavədə qeydiyyatdan keçdikdən sonra insan xüsusi nömrə alacaq və bunun köməyi ilə bütün dünya ilə əlaqə saxlaya biləcək.

“Rostelekom” əməkdaşları bildirir ki, bu nömrə hər hansı şəhərə bağlı olduğundan, bu əlavəni müasir ev telefonu adlandırmaq mümkündür. 
 
Hələlik “Alle” əlavəsində yalnız Voronej şəhərinin kodları istifadə edilir. Ancaq yaxın gələcəkdə bu şəhərlərin siyahısı xeyli genişlənəcək.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017