Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows 10” masaüstü kompüter bazarının 20 faizinə sahibdir

“StatCounter” analitik şirkəti masaüstü kompüterlər bazarında əməliyyat sistemlərinin payları ilə bağlı məlumatları açıqlayıb. 

İKT.lent.az-ın “StatCounter” şirkətinə istinadən məlumata görə, bu bazarda liderliyi “Windows 7” saxlamaqda davam edir. Hazırda bu əməliyyat sisteminin bazardakı payı 42 faizi keçir.

İkinci yerdə “Windows 7”dən düz iki dəfə geri qalan “Windows 10” əməliyyat sistemi gəlir. 

Üçüncü yer isə “Apple Mac OS” (OS X) əməliyyat sisteminə məxsusdur. Bu gün bu əməliyyat sistemi masaüstü kompüterlərin 10 faizində quraşdırılıb.

 

Ondan sonra gələn “Windows 8.1” əməliyyat sisteminin dünya bazarındakı payı 9,47 faiz təşkil edir. 

Əsas diqqəti o fakta yetirmək lazımdır ki, “Windows XP” əməliyyat sisteminin dəstəklənməsi artıq çoxdandır dayandırılıb. Ancaq buna baxmayaraq, onun bazardakı payı hələ də hiss olunacaq qədərdir və 6,35 faiz təşkil edir.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017